Bakı. Trend:
Cari ilin iyul ayının 1-nə ölkədə 3 000 vahid istixana fəaliyyət göstərir.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, fəaliyyətdə olan istixanaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27 vahid və ya 0,9% azalıb.
Belə ki, ötən ilin müvafiq dövründə Azərbaycanda 3 027 vahid istixana fəaliyyət göstərirdi.
Bu istixanaların ümumi sahəsi 1,6 min hektar ərazidə yerləşir.
Yanvar-iyun aylarında istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidor istehsalı 126 min ton, xiyar istehsalı 6,2 min ton olub.