...

Qətərdən Azərbaycana pul köçürmələri 2 dəfəyə yaxın artıb

İqtisadiyyat Materials 14 İyul 2025 15:55 (UTC +04:00)
Qətərdən Azərbaycana pul köçürmələri 2 dəfəyə yaxın artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci rübündə Azərbaycana Qətərdən fiziki şəxslərin pul köçürmələrinin həcmi 4,462 milyon ABŞ dolları olub.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,134 milyon ABŞ dolları, yaxud da 1,9 dəfə çoxdur. Belə ki, 2024-cü ilin yanvar-mart aylarında bu ölkədən Azərbaycan fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,328 milyon ABŞ dolları olmuşdu.

Hesabat dövründə Azərbaycana xaricdən ümumi pul köçürmələrində Qətərin payı 1,9% olub.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti