...

Zelenski Trampla telefon danışığı aparıb

Dünya xəbərləri Materials 15 İyul 2025 02:10 (UTC +04:00)
Zelenski Trampla telefon danışığı aparıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Tramp ilə telefon danışığı həyata keçirib.

Trend-in məlumatına görə, bu barədə Zelenski sosial şəbəkə hesablarında paylaşım edib.

“Çox yaxşı söhbət oldu. Ukraynaya dəstək verməyə, qətlləri dayandırmağa və uzunmüddətli, ədalətli sülh yaratmağa hazır olduğunuza görə təşəkkür edirəm”, – deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, Tramp NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi görüş barədə danışıb və NATO ölkələrinin müdafiə xərclərini artırmağa çalışmasının vacibliyini vurğulayıb.

“Prezidentlə insanları Rusiyanın zərbələrindən daha yaxşı qorumaq və mövqelərimizi gücləndirmək üçün vacib qərarları müzakirə etdik. Sülhə nail olmaq üçün maksimum məhsuldarlıqla işləməyə hazırıq. Daha tez-tez əlaqə saxlamaq və addımlarımızı koordinasiya etmək barədə razılığa gəldik. Təşəkkür edirəm, cənab prezident! Təşəkkür edirəm, Amerika!” – deyə Zelenski vurğulayıb.

Xəbər lenti

Xəbər lenti