...

Suraxanıda oğurluq edənlər saxlanılıblar

Hadisə Materials 14 İyul 2025 16:55 (UTC +04:00)
Suraxanıda oğurluq edənlər saxlanılıblar
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Bakının Suraxanı rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisələr zamanı 2 mobil telefon, 500 manat dəyərində velosiped, 450 manat pul, bir evdən isə məişət əşyaları oğurlanıb.

Həmçinin, Suraxanı rayonunda yerləşən daha bir sex və mağazadan 4500 manat dəyərində oğurluğun da edilməsi barədə polisə şikayət daxil olub.

Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı İ.Məmmədov və 33 yaşlı F.Rəsulov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti