...

Danimarka EDA vasitəsilə Ukrayna Silahlı Qüvvələrinə peyk xidmətləri təqdim edəcək

Dünya xəbərləri Materials 14 İyul 2025 23:43 (UTC +04:00)
Danimarka EDA vasitəsilə Ukrayna Silahlı Qüvvələrinə peyk xidmətləri təqdim edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Danimarka Avropa Müdafiə Agentliyi (EDA) vasitəsilə Ukrayna Silahlı Qüvvələrinə peyk xidmətləri təqdim edəcək.

Trend-in məlumatına görə, bu barədə krallığın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda qeyd olunur: “Danimarka Ukraynaya dəstəyində daha bir addım atır – ilk dəfə olaraq Avropa Müdafiə Agentliyi vasitəsilə Ukrayna müdafiəsinə Avropa istehsalı olan peyk xidmətlərini bağışlayır.”

Nazirlik bildirib ki, Ukrayna üçün qəbuledici terminallara çıxış imkanları genişləndiriləcək. Ukrayna Silahlı Qüvvələri bu terminallardan peyk rabitəsinə qoşulmaqla hərbi əməliyyatları daha effektiv idarə edə biləcək ki, bu da münaqişə şəraitində “həlledici əhəmiyyət” daşıya bilər.

Bildirilib ki, Avropa Müdafiə Agentliyi digər Aİ ölkələrinin də Danimarkanın nümunəsini izləyəcəyinə və bənzər dəstək tədbirlərini nəzərdən keçirəcəyinə ümid edir.

Xəbər lenti

Xəbər lenti