...

Aİ ABŞ mallarına qarşı 72 milyard avro dəyərində cavab rüsumları tətbiq etməyə hazırlaşır

Dünya xəbərləri Materials 14 İyul 2025 22:27 (UTC +04:00)
Aİ ABŞ mallarına qarşı 72 milyard avro dəyərində cavab rüsumları tətbiq etməyə hazırlaşır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı mövqeyindən sonra Avropa İttifaqı (Aİ) Birləşmiş Ştatlardan idxal olunan məhsullara qarşı 72 milyard avro dəyərində əlavə cavab rüsumları tətbiq etməyə hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının ticarət üzrə komissarı Maroş Şefçoviç açıqlama verib.

Onun sözlərinə görə, bu tədbirlər Vaşinqton ilə danışıqlar nəticə verməyəcəyi təqdirdə qüvvəyə minəcək.

Yeni rüsum siyahısına ABŞ-dən idxal olunan sənaye və kənd təsərrüfatı məhsulları daxildir. Siyahı ictimai məsləhətləşmələrdən sonra yenilənib. Əvvəllər 95 milyard avroluq məhsulları əhatə edən rüsum tədbirləri, son versiyada 72 milyard avroya endirilib. Lakin Şefçoviç hansı məhsulların siyahıdan çıxarıldığını açıqlamayıb.

Komissar Trampın gömrük rüsumları ilə bağlı son açıqlamasını "məyusedici" adlandıraraq qeyd edib: “Biz əsas razılaşma üzərində həftələrlə çalışmışdıq və demək olar ki, məqsədə çatmışdıq. Bu açıqlama indi vəziyyətə tamamilə başqa bir dinamika gətirir”. O əlavə edib ki, ABŞ-nin bu planları Trans-Atlantik ticarətə ciddi zərbə vura bilər.

Xəbər lenti

Xəbər lenti