Bakı. Trend:
İsrailli ordusu Qəzza zolağının Cəbəliyə rayonunda həyata keçirdiyi əməliyyatın gedişində 100-dən çox HƏMAS döyüşçüsünü zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“Son həftələr ərzində (İsrail) hərb qulluqçuları Cəbəliyə rayonunda əməliyyat keçirib. Əməliyyatın gedişində 100-dən çox HƏMAS terrorçusu zərərsizləşdirilib”, - deyə bəyanatda deyilir.
Bəyanatda, həmçinin, qeyd olunur ki, israilli hərbçilər əməliyyat zamanı HƏMAS-a aid hərbi qurğuları, silah-sursat anbarlarını və müşahidə postlarını məhv edib.