Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda su enerjisi ilə işləyən stansiyalar 1,843 milyard kVt-saat elektrik enerjisi istehsal edib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 279,7 milyon kVt-saat və ya 17,9% çoxdur.
Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-iyun aylarında 1736,7 milyon manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilib.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 312,9 milyon manat təşkil edib.