Bakı. Trend:
İspaniyanın "Real Madrid" klubundan ayrılan Luka Modriçin yeni komandası müəyyənləşib.
Trend xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.
Bildirilib ki, xorvatiyalı futbolçu İtaliya "Milan"ına keçib.
40 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən "Real Madrid"də çıxış edirdi. O, 28 kubokla "Kral klubu" tarixinin ən titullu futbolçusudur.