...

SOCAR qaz hasilatını 5%-dən çox artıb

Energetika Materials 14 İyul 2025 11:40 (UTC +04:00)
SOCAR qaz hasilatını 5%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə qaz hasilatının həcmi 4 milyard kubmetr olub.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 milyard kubmetr və ya 5,3% çoxdur.

Belə ki, ötən ilin yanvar-iyul aylarında SOCAR üzrə qaz hasilatının həcmi 2,8 milyard kubmetr təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 25,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 13,8 milyard kubmetri “Şahdəniz”in, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti