...

Proseslərə özümün belə müdaxilə etməyi qeyri-mümkündür - DİM sədri

Cəmiyyət Materials 14 İyul 2025 11:37 (UTC +04:00)
Proseslərə özümün belə müdaxilə etməyi qeyri-mümkündür - DİM sədri
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

DİM-in apardığı işlər çox ciddi şəkildə həyata keçirilir. Bu fəaliyyətin təməli 1994-cü ildən qoyulub.

Trend xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı tədbirdə çıxışı zamanı deyib.

"Apardığımız işlərin nəticələri heç bir şəxsin iradəsindən asılı deyil. Bu prosesdə biz insan faktorunu tamamilə aradan qaldırmışıq. Proseslərə mənim özümün belə müdaxilə etməyi qeyri-mümkündür",- deyə o əlavə edib.

DİM sədri qeyd edib ki, hər bir testin şəxsiyyət vəsiqəsi var:

"Biz bilirik ki misal bu testi 70 faiz cavab verməlidir. Bu isə daha çətindir 25 faiz cavab verməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti