Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 8 milyon ton neft hasil edilib.
Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin ilk yarısı ilə müqayisədə 200 min ton və ya 2,4% azdır. Belə ki, ötən ilin eyni dövründə Azəri-Çıraq-Günəşli yatağından 8,2 milyon ton neft hasil edilmişdi.
Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində ölkədə 13,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,5 milyon ton təşkil edib.