...

London yaxınlığındakı təyyarə qəzasında dörd xarici vətəndaş həlak olub

Dünya xəbərləri Materials 14 İyul 2025 20:39 (UTC +04:00)
London yaxınlığındakı təyyarə qəzasında dörd xarici vətəndaş həlak olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 13-də London yaxınlığındakı Southend hava limanında baş verən təyyarə qəzası nəticəsində dörd nəfər həlak olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Esseks polisinin hadisə ilə bağlı verdiyi açıqlamada ölənlərin hamısının xarici vətəndaşlar olduğu bildirilib.

Hadisə bazar günü yerli vaxtla saat 16:00-dan az əvvəl baş verib. 12 metrlik “Beech B200 Super King Air” tipli təyyarə havaya qalxdıqdan qısa müddət sonra partlayışla müşayiət olunan qəza baş verib. Şahidlər təyyarənin havaya qalxdıqdan dərhal sonra alışıb yanan bir top kimi partladığını bildiriblər.

Qəza nəticəsində təyyarədə olan iki pilot və iki sərnişin həyatını itirib. Həlak olan şəxslərin adları açıqlanmayıb. Hüquq-mühafizə orqanları onların şəxsiyyətlərini müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir.

Mülki Aviasiya İdarəsi qəzanın baş verdiyi ərazidə geniş hava məhdudiyyət zonası tətbiq edib. Hadisədən sonra Southend hava limanı bağlanıb və iyulun 14-ü üçün bütün reyslər başqa hava limanlarına yönləndirilib.

Xəbər lenti

Xəbər lenti