...

Ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb - DSX

Hadisə Materials 14 İyul 2025 12:23 (UTC +04:00)
Ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb - DSX
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

İyul ayının 12-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilmişdir.

Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilir ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilmişdir.

Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1993-cü il təvəllüdlü Həsənov Rizman Qardaş oğlu saxlanılmış, üzərinə baxış zamanı ümumi çəkisi 13 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti