Bakı. Trend:
ABŞ Ukraynaya əlavə silah, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlər göndərməyi planlaşdırır və bu təchizatın maliyyəsini Avropa İttifaqı qarşılayacaq.
Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Biz onlara müxtəlif müasir hərbi texnika göndərəcəyik və bunun tam haqqı ödənəcək. Bu məsələ NATO-nun baş katibi Mark Rütte ilə iyulun 14-də Vaşinqtonda keçiriləcək görüşdə müzakirə olunacaq”, – deyə Tramp bildirib.
“Patriot” raketlərinin Ukraynaya verilib-verilməyəcəyi ilə bağlı suala cavabında Tramp onların dəqiq sayının hələ müəyyən edilmədiyini deyib:
“Onların bir qismini alacaqlar, çünki müdafiəyə ehtiyacları var. Amma silahların dəyərini Avropa Birliyi ödəyəcək. Biz özümüz heç bir ödəniş etməyəcəyik, sadəcə onları göndərəcəyik. Bu, bizim üçün sadəcə bir biznesdir”, – deyə o əlavə edib.