Bakı. Trend:
Türkiyədə son iki həftə ərzində güc strukturlarının FETÖ-yə qarşı həyata keçirdiyi əməliyyatlar nəticəsində 50 şübhəli saxlanılıb.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya öz “X” səhifəsində məlumat paylaşıb.
Qeyd edilir ki, saxlanılanlardan 33 nəfəri həbs olunub, 5 nəfər yazılı iltizamnamənin alınması ilə şərti olaraq sərbəst buraxılıb.
"Ümumilikdə, 2025-ci ildə həyata keçirilən FETÖ əməliyyatlarında 910 nəfər həbs olunub.
Aksaray, Amasya, Ankara, Aydın, Balıkesir, Batman, Bursa, Edirne, Elazığ, Gaziantep, Hatay, İzmir, Karaman, Kırıkkale, Kocaeli, Kütahya, Manisa, Mersin, Şanlıurfa və Yozgatda keçirilən əməliyyatlarda saxlanılan şübhəlilər:
– FETÖ terror təşkilatının mövcud strukturu daxilində fəaliyyət göstərməkdə,
– Kart telefonlar vasitəsilə təşkilat daxilində məsul şəxslərlə əlaqədə olmaqda,
– Təşkilatla əlaqəli olduğu iddia edilən saxta yardım qurumlarına maliyyə dəstəyi göstərməkdə və
– Sosial şəbəkə hesabları vasitəsilə FETÖ terror təşkilatının təbliğatını aparmaqda ittiham olunurlar", - nazir paylaşımında əlavə edib.