...

Bakıda “Taxta bazarı” adlanan ərazidə yanğın tam söndürülüb (FOTO/VİDEO) (YENİLƏNİB)

Hadisə Materials 14 İyul 2025 06:48 (UTC +04:00)
Bakıda “Taxta bazarı” adlanan ərazidə yanğın tam söndürülüb (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib.

XXX

03:41

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğın ərazisinin bütün perimetri boyu yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti