Bakı. Trend:
İndoneziya sahillərində güclü zəlzələ olub.
Trend bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, 6,9 bal gücündə zəlzələnin episentri Tual şəhərində 171 kilometr cənub-qərbdə olub. Zəlzələnin yeraltı ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.
Hələ ki, dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.