Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri sutka ərzində Qəzza zolağına zərbələr endirməyə davam edib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, ümumilikdə Fələstinin hərbi birləşmələri ilə əlaqəli 150-dən çox hədəfə hücum edilib.
Bildirilib ki, vurulan hədəflər arasında minalanmış tikililər, silah anbarları, tank əleyhinə və snayper atəşi üçün mövqelər, digər hərbi infrastruktur obyektləri, eləcə də ayrı-ayrı silahlılar olub.