Bakı. Trend:
2023-cü ilin oktyabrından bu yana Qəzza zolağında İsrailin zərbələri nəticəsində 58 mindən çox insan həlak olub.
Trend-in məlumatına görə, bu barədə "EFE" agentliyi Fələstinin tibbi xidmətlərinə istinadən bildirib.
Məlumata əsasən, ümumilikdə bu müddət ərzində Qəzzada 58 026 nəfər həlak olub, 138 000-dən çox insan isə yaralanıb.
Son 24 saat ərzində Qəzza zolağında azı 134 nəfər ölüb.