Bakı. Trend:
Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı kürsülü evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.