...

Qazaxıstan Vaşinqtona qarşı cavab tədbirləri hazırlayır

Dünya xəbərləri Materials 8 İyul 2025 09:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan ABŞ-nin Qazaxıstan mallarına 25%-lik gömrük rüsumu tətbiq etməsi ilə bağlı cavab tədbirləri hazırlayır.

Trend xəbər verir ki, bu haqda Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Məhsullarımıza ABŞ tərəfindən 25 faiz həcmində rüsumun tətbiqi ilə əlaqədar Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyi rəsmi cavab hazırlayır”, – deyə nazirliyin mətbuat xidmətinin açıqlamasında qeyd olunub.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə məktub göndərərək, 2025-ci il avqustun 1-dən etibarən Qazaxıstandan idxal olunan mallara Vaşinqton tərəfindən 25%-lik rüsum tətbiq ediləcəyini ona bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti