...

Pentaqon Ukraynaya silah göndərdiyini açıqlayıb

Gündəm Materials 8 İyul 2025 08:02 (UTC +04:00)
Pentaqon Ukraynaya silah göndərdiyini açıqlayıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın göstərişinə əsasən Pentaqon Ukraynaya müdafiə silahları göndərəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Şon Parnell deyib.

"Prezident Trampın göstərişi ilə Müdafiə Nazirliyi Ukraynaya əlavə müdafiə silahları göndərir ki, biz davamlı sülhün bərqərar olması üçün çalışarkən ukraynalılar özlərini müdafiə edə bilsinlər.", - deyə o bildirib.

O qeyd edib ki, ABŞ-nin xarici hərbi satışların prezident tərəfindən qiymətləndirilməsi sistemi “öz yerində qalır və “Birinci Amerika” müdafiə prioritetlərinin tərkib hissəsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti