...

Texasda daşqın nəticəsində ölənlərin sayı 100-ü ötüb

Dünya xəbərləri Materials 8 İyul 2025 05:48 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-nin Texas ştatının altı dairəsində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı hakimiyyət orqanlarına istinadən bildirib.

Məlumata əsasən, ən çox ölüm halları Kerr dairəsində qeydə alınıb. Təbii fəlakət nəticəsində dairə 84 nəfərin öldüyü bildirilib.

Bildirilib, daşqın qurbanları arasında Qvadalupe çayı üzərindəki yay düşərgəsində 27 qız və məsləhətçi var. On düşərgəçi və bir məsləhətçi itkin düşüb.

Texas qubernatoru Qreq Abbott bildirib ki, 20-dən çox dövlət qurumu daşqınlar ilə bağlı tədbir görür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti