Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Yəmən husilərinin iyulun 6-da Qırmızı dənizdə "MV Magic Seas" yük daşıyıcısına hücumunu pisləyib və onların hərəkətlərini regional sülhə təhdid kimi qiymətləndirib.
Trend-in məlumatına görə, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmi nümayəndəsinin bəyanatında deyilib.
"Bu hücumlar qlobal ictimai sərvət kimi regional sülh və sabitliyi, qlobal ticarəti və naviqasiya azadlığını birbaşa təhdid edir. Bu, Yəməndə onsuz da ağır olan humanitar vəziyyətə mənfi təsir göstərə bilər. Bu hücumlar dayandırılmalıdır", - deyə bildirilib.
Sənəddə qeyd edilib ki, hücum ekipajın həyatını riskə atıb, onlar təxliyə edilməli olub və gəmi hazırda sürükləndiyindən və batmaq təhlükəsi ilə üzləşdiyindən regionda böyük ekoloji fəlakət riski yaranıb.