...

“Qarabağ” yoxlama oyununda Ukrayna klubuna məğlub olub

İdman Materials 8 İyul 2025 02:41 (UTC +04:00)
“Qarabağ” yoxlama oyununda Ukrayna klubuna məğlub olub

Bakı. Trend:

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" ilk yoxlama oyununa çıxıb.

Trend-in məlumatına görə, Ağdam təmsilçisi Ukraynanın "Metallist 1925” klubu ilə qarşılaşıb.

Zell-Am-Seenin Kaprun bölgəsində təşkil olunan görüş rəqibin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Qarabağ” Avstriyada ümumilikdə 4 sınaq matçı keçirəcək. Ağdam təmsilçisi Ukrayna klubu ilə oyundan dörd gün sonra Niderland “Tvente”si ilə iki görüşə çıxacaq. İyulun 15-də baş tutacaq son qarşılaşma isə Avstriyanın “Zalsburq” kollektivinə qarşı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti