...

Xaçmazın Nərəcan kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Materials 8 İyul 2025 15:33 (UTC +04:00)
Xaçmazın Nərəcan kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbrələrinin iştirakı ilə Nərəcan kəndində növbəti səyyar qəbulunu keçirib.

Bu barədə Trend-ə Xaçmaz rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qəbulda Nərəcan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Nərəcan, Ağtala, Sabiroba,

Mürşüdoba, Çiləgir və Mənçəroba kəndlərinin sakinləri iştirak edib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yeni uşaq bağçası- körpələr evinin inşası və bir neçə fərdi müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti