...

Xəzər rayonunda əməliyyat keçirilib, 10 kq narkotik vasitə aşkarlanıb

Hadisə Materials 8 İyul 2025 12:22 (UTC +04:00)
Xəzər rayonunda əməliyyat keçirilib, 10 kq narkotik vasitə aşkarlanıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 1993-cü il təvəllüdlü Svetlana Teymurova saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, onun Binə qəsəbəsində yaşadığı evdən 10 kiloqram 475 qram narkotik vasitə olan marixuana aşkarlanıb.

S.Teymurova ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Suraxanı rayonu ərazisindən götürdüyünü, həm şəxsi istifadəsi, həm də satış məqsədilə ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti