...

Ağdamda lift və eskalator istehsalı müəssisəsi yaradılacaq

İqtisadiyyat Materials 8 İyul 2025 15:35 (UTC +04:00)
Ağdamda lift və eskalator istehsalı müəssisəsi yaradılacaq
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Çin birgə kapitallı “Fujiai Azerbaijan” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib.

Trend Agentliyə istinadən xəbər verir ki, yeni rezident tərəfindən Sənaye Parkının 1 hektar ərazisində lift istehsalı müəssisəsi yaradılacaq. Layihənin investisiya dəyəri 3,7 milyon manatdır.

Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 1200 ədəd lift istehsalı nəzərdə tutulur. Növbəti mərhələ şirkət tərəfindən Sənaye Parkında eskalator istehsalı layihəsinin də həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ağdam Sənaye Parkında hazırda investisiya portfeli 270 milyon manat olan 29 sahibkarlıq subyekti rezident, 4 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti