...

Səhiyyə naziri institutun yeni rektorunu kollektivə təqdim edib (FOTO)

Cəmiyyət Materials 8 İyul 2025 11:52 (UTC +04:00)
Səhiyyə naziri institutun yeni rektorunu kollektivə təqdim edib (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 7 iyul tarixli Sərəncamına əsasən, Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.

Trend Səhiyə Nazirliyinə istinadən xəbər verir ki, İyulun 8-də səhiyyə naziri Teymur Musayev Nazim Pənahovu institutun kollektivinə təqdim edib.

İyulun 8-də səhiyyə naziri Teymur Musayev Nazim Pənahovu institutun kollektivinə təqdim edib.
Tədbirdə çıxış edən nazir dövlət başçısının imzaladığı sərəncamı diqqətə çatdıraraq, Nazim Pənahovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir qeyd edib ki, Nazim Pənahov müxtəlif məsul vəzifələrdə çalışıb, o cümlədən bu təyinatadək Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru olub.

Teymur Musayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə səhiyyə sahəsində uğurla həyata keçirilən islahatlardan danışaraq, bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icrasında yeni rektora və institutun kollektivinə uğurlar arzulayıb.

Təqdimat mərasimində çıxış edən Nazim Pənahov ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. O vurğulayıb ki, gələcək fəaliyyətində dövlətçilik dəyərləri, yüksək peşəkarlıq, şəffaflıq və ədalət prinsipləri əsas prioritet olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti