...

UEFA Çempionlar Liqasında yeni mövsümə start verilir

İdman Materials 8 İyul 2025 10:51 (UTC +04:00)
UEFA Çempionlar Liqasında yeni mövsümə start verilir
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünə start veriləcək.

Trend xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyun günündə 10 qarşılaşma təşkil olunacaq.

İlk olaraq meydana Finlandiyanın KuPS və Moldovanın "Milsami" komandaları çıxacaqlar. Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevin çıxış etdiyi Albaniya təmsilçisi “Eqnatiya” isə doğma meydanda İslandiyanın “Breydablik” klubu ilə qarşılaşacaq. Görüş saat 23:00-da start götürəcək.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi

8 iyul

19:00. KuPS (Finlandiya) - "Milsami" (Moldova)

20:00. "Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro)

20:00. "İberiya" (Gürcüstan) - "Malmö" (İsveç)

20:30. "Levadiya” (Tallin, Estoniya) - RFŞ (Latviya)

21:00. "Olimpiya" (Sloveniya) - "Kayrat" (Almatı, Qazaxıstan)

22:00. "Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq)

22:00. "Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq)

22:00. TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya)

23:00. "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina)

23:00. "Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya)

Qeyd edək ki, bu raundun digər dörd oyunu iyulun 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti