...

Binəqədidə istismar müddəti bitmiş magistral su xətti dəyişdirilir (FOTO)

Cəmiyyət Materials 8 İyul 2025 11:39 (UTC +04:00)
Binəqədidə istismar müddəti bitmiş magistral su xətti dəyişdirilir (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

İstismar müddəti bitmiş magistral su xətti dəyişdirilir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, Bakı Sukanal İdarəsinin istismarında olan Binəqədi rayonu, Palçıqlı dağ adlanan ərazidən keçən diametri 1220 millimetr olan BSK 2 (Sol) magistral su kəmərinin 3400 paqon metrlik hissəsi uzun müddət istismar olunması səbəbindən qəzalı vəziyyətə düşüb. Magistral kəmərin qəzalı hissəsinin dəyişdirilməsi məqsədilə uzunluğu 560 paqon metr olan polad borunun 200 paqon metrlik hissəsi inşa olunub.

Hazırda isə Sutikinti Müəssisəsi tərəfindən BSK 2 (Sol) magistral kəmərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində keçən uzunluğu 60 paqon metr hissəsi və Palçıqlı dağ ərazisindən keçən uzunluğu 300 paqon metr hissəsinin dəyişdirilməsi həyata keçirilir.

Sutikinti Müəssisəsinin sahə rəisi Anar Şahməmmədov görülən işlərlə bağlı məluat verərək bildirib ki, Binəqədi rayonu Palçıqlı dağ deyilən ərazidə 1220 millimetrlik polad borunun istismara yararsız olan hissəsinin dəyişdirilməsinə başlanılıb. Həmin hissənin inşasının yaxın günlərdə yekunlaşması nəzərdə tutulur.

Paytaxda su təchizatı infrastrukturunun yenilənməsi və müasir tələblərə uyğunlaşdırılması məqsədilə həyata keçirilən bu layihə çərçivəsində bəzi ərazilərdə müvəqqəti su kəsintiləri və ya təchizatda məhdudiyyətlər müşahidə oluna bilər. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bu proseslə bağlı sakinlərin vaxtında məlumatlandırılması və mümkün narahatlıqların minimuma endirilməsi üçün zəruri tədbirlər görür.

Aparılan yenidənqurma işləri, abonentlərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti