...

Bakının bu qəsəbəsində işıq kəsiləcək

Cəmiyyət Materials 8 İyul 2025 10:43 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində elektrik enerjisi verilişində fasilə yaranacaq.

Bu barədə Trend “Azərişıq” ASC-yə istinadən xəbər verir.

Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6 kV-luq yarımstansiyada həyata keçirilən təmir və təftiş işləri ilə əlaqədar iyulun 8-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 11:00-dan saat 15:00-dək Bülbülə qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti