Bakı.Trend:
Zəngilanda 1 tona yaxın yabanı çətənə bitkisi məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Dövlət Sərhəd Xidməti ilə birgə "Xaş-xaş 2025" planına uyğun olaraq tədbir keçiriblər.
Tədbir zamanı Şayıflı kəndi ərazisində yabanı halda bitən 1 tona yaxın 1856 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.