...

İkinci rübdə Energetika Nazirliyi 29 ixrac nəzarət icazəsi verib

İqtisadiyyat Materials 8 İyul 2025 12:19 (UTC +04:00)
İkinci rübdə Energetika Nazirliyi 29 ixrac nəzarət icazəsi verib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin ikinci rübü ərzində Energetika Nazirliyi tərəfindən 29 icazə verilib.

Bu barədə Trend Nazirliyə istinadən xəbər verir.

Qeyd edilib ki, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı üzrə 17, ixracı üzrə 9 və tranziti üzrə 3 icazə verilib.

Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti