...

ABŞ Avropa İttifaqına gömrük rüsumları ilə bağlı razılaşma təklif edib

Dünya xəbərləri Materials 8 İyul 2025 10:53 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Avropa İttifaqına (Aİ) Avropadan idxal olunan mallara 10%-lik rüsum tətbiq olunmasını nəzərdə tutan razılaşma təklif edib.

Trend xəbər verir ki, bu barədə “Politico” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, təklif olunan 10%-lik rüsumlar aviasiya sənayesinə və spirtli içki istehsalına şamil olunmayacaq.

Qeyd olunur ki, razılaşmanın qüvvəyə minməsi üçün ABŞ Prezidenti Donald Trampın razılığı tələb olunur, çünki razılaşmanın detalları hələ də müzakirə mərhələsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti