...

İranı tərk edən Əfqanıstan vətəndaşlarının sayı açıqlanıb

Dünya xəbərləri Materials 8 İyul 2025 12:38 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

21 martdan bəri İranı tərk edən Əfqanıstan vətəndaşlarının sayı təxminən 718 min nəfərdir.

Trend-in məlumatına görə, bunu İranın Daxili İşlər Nazirliyinin Əcnəbi Vətəndaşlar və Miqrantların Məsələləri üzrə Baş İdarəsinin baş direktoru Nadir Yarəhmədi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, qeyd olunan sayda Əfqanıstan vətəndaşları İranın Əfqanıstanla rəsmi 3 sərhəd-keçid məntəqəsi ilə öz ölkələrinə qayıdıblar.

Yarəhmədi deyib ki, ötən həftə Əfqanıstan vətəndaşlarının ölkəni tərk etməsi prosesi sürətlənib. Belə ki, təkcə bir gündə 29 min nəfər Doğarun sərhəd-keçid məntəqəsi vasitəsi ilə ölkəni tərk edib.

Nazirlik rəsmisi qeyd edib ki, İranı tərk edən və tərk etmək istəyən Əfqanıstan vətəndaşlarının 80%-dən çoxu könüllü şəkildə öz ölkələrinə qayıtmalarını istəyir.

Xəbər lenti

Xəbər lenti