...

Sabit tarif əsas əhali istehlakçıları arasında maliyyə yükü yaratmayacaq – Nazir müavini

Cəmiyyət Materials 8 İyul 2025 12:19 (UTC +04:00)
Sabit tarif əsas əhali istehlakçıları arasında maliyyə yükü yaratmayacaq – Nazir müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sabit tarif əsas əhali istehlakçıları arasında maliyyə yükü yaratmayacaq.

Trend xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, sabit tarifə aid xərclər hazırda aktiv istehlakçılar tərəfindən mövcud istehlak tarifinin daxilində ödənilir:

“Bu yanaşma əsas əhali istehlakçıları üçün əlavə maliyyə yükü yaratmayacaq. Azərbaycanda məişət abonentləri üçün sayğaclar abonentin deyil, paylayıcının hesabına təchiz olunur.

Türkiyə, Rusiya, Gürcüstanda sayğacların dəyəri bilavasitə abonentlər tərəfindən ödənilir. Hər bir abonentin şəbəkəyə qoşulması zəncirvari texniki prosesdir. Bu məqsədlərin həyata keçirilməsi üçün əlavə maliyyə yükü və infrastruktur tələb olunur. Yəni abonent şəbəkəyə qoşulan zaman ererji istehlak edib-etməməsindən asılı olmayaraq müəyyən xərclərin yaranmasına səbəb olur.

Bu zaman belə bir sual meydana çıxır: Niyə istehlak etməyən passiv abonentlərin xərclərini digər vətəndaşlar ödəməlidir? Bu baxımdan tarif sisteminin təkmil iqtisadi yanaşmalarla strukturlaşdırılması gələcəkdə bu istiqamətdə ədaləti, əlçatan tariflərin formalaşmasına səbəb olacaq”, - deyə O.Zeynalov fikrini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti