...

Qarşıda duran bütün işlərin reallaşmasında jurnalistikanın böyük önəmi var - Vüqar Rəhimzadə

Cəmiyyət Materials 8 İyul 2025 13:04 (UTC +04:00)
Qarşıda duran bütün işlərin reallaşmasında jurnalistikanın böyük önəmi var - Vüqar Rəhimzadə
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Qarşıda duran bütün işlərin reallaşmasında jurnalistikanın böyük önəmi var.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Milli Məclisinin deputatı, əməkdar jurnalist Vüqar Rəhimzadə “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, jurnalistlərin bayramı həm də cəmiyyətin vətəndaşların bayramıdır:

"Bizi hazırladığımız materialı bütün insanlar üçün hazırlayırıq. Bu bayram həm də bizim xalqımızın bayramıdır. Ulu Öndərimiz Heydər Əliyev hər sahədə olduğu kimi, mətbuata da böyük önəm verirdi. Mətbuata diqqət , qayğı hər zaman hakimiyyətin proritetlərindən olub. Bu gün peşəkar jurnalistika mövzuddur".

"Qarşıda duran bütün işlərin reallaşmasında jurnalistikanın böyük önəmi var. Zaman göstərdi ki, senzuranın ləğv edilməsi çox vacib bir qərar oldu. Bu qərar bu gün jurnalistikanın inkişafına öz tövhəsini verdi. Bu gün Azərbaycan jurnalistikası peşəkar şəkildə fəaliyyət göstərməyi qarşısına məqsəd kimi qoyub və bu yöndə uğur qazanmağa davam edir.

Hazırda Azərbaycan jurnalistikası öz mövqeyini çox mütəşəkkil şəkildə ortaya qoya bilir", - deyə V. Rəhimzadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti