Bakı. Trend:
Azərbaycanın Sloveniyaya qaz tədarükünün artırılması müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumerin dəvəti ilə bu ölkəyə işgüzar səfər çərçivəsində enerji sahəsində ikitərəfli əlaqələrin, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığının inkişafı kontekstində yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və enerji təhlükəsizliyi|nin gücləndirilməsi məsələləri üzrə səmərəli görüş keçirdik.
Ötən il Sloveniyanın ümumi qaz istehlakının təxminən 5 faizini təşkil edən Azərbaycan qazının tədarükünün artırılması və yaşıl enerjinin təchizatı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etdik", - deyə paylaşımda qeyd edilib.