Bakı. Trend:
Türkiyədə vəzifədən kənarlaşdırılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlunun “saxta diplom” işi ilə bağlı məhkəmə qarşısına çıxacağı tarix bəlli olub.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayılıb.
Məlumata əsasən, İmamoğlunun “saxta diplom” işi üzrə ilk məhkəmə iclası 11 sentyabr tarixində İstanbulda keçiriləcək.
Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən hazırlanmış ittiham aktına əsasən , “University College of Northern Cyprus” (UCNC) Türkiyə Ali Təhsil Qurumu tərəfindən tanınan universitetlərdən biri deyil və Ekrem İmamoğlu 1990-cı ildə həyata keçirilmiş köçürmə zamanı həmin universitet köçürülməsi mümkün olan ali təhsil müəssisələrinin siyahısında yer almırdı.
Baş prokurorluq onun 8 il doqquz ay müddətinə həbs olunmasını tələb edir.