...

Serbiyada etirazlarla əlaqədar 18 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 8 İyul 2025 12:25 (UTC +04:00)
Serbiyada etirazlarla əlaqədar 18 nəfər saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyada davam edən etiraz aksiyaları fonunda ölkənin Daxili İşlər Nazirliyi 800 etirazçının kimliyini müəyyənləşdirib, onlardan 18-nəfəri saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Serbiyanın DİN mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Serbiya polisi gündəlik olaraq etirazçıların şəhərin mərkəzi küçələrini və yol ayırıcılarını, əsas nəqliyyat qovşaqlarını və müxtəlif şəhərlərə aparan avtomagistrallarını bağlamaq cəhdlərinin qarşısını alır.

Son saxlanılan etirazçılardan 16-sı inzibati qanun pozuntusuna görə saxlanılıb, digər iki şəxs isə cinayət törətməkdə şübhəli bilinir.

“Serbiya ərazisində və Belqradda yolların bağlanması ilə bağlı bütün aksiyalar aradan qaldırılıb, yollarda hərəkət tam bərpa olunub”, - deyə DİN bəyanatında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti