...

Diplomatik xidmət orqanlarının rəhbərləri xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını müzakirə ediblər (FOTO)

Siyasət Materials 8 İyul 2025 15:08 (UTC +04:00)
Diplomatik xidmət orqanlarının rəhbərləri xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasını müzakirə ediblər (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Milli həmrəyliyin gücləndirilməsi: diaspor fəaliyyəti və konsulluq məsələləri” mövzusunda yeddinci paneli Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev və Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərovun əsas natiqlər qismində iştirakı ilə baş tutub.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, panel müzakirəsi çərçivəsində ölkə hüdudlarından kənarda yaşayan həmvətənlərimizin təşkilatlanması, onların hüquqlarının qorunması, zəruri konsulluq xidmətləri ilə təmini, böhran vəziyyətlərində təxliyə məsələləri və digər aidiyyəti məsələlər ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti