Bakı.Trend:
Ağdam–Xankəndi dəmir yolunun uzunluğu 28 kilometr olacaq.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb. Qarabağ iqtisadi rayonunda nəqliyyat infrastrukturunu təkmilləşdirərək sərnişindaşımada mobilliyi artıracaq.
Bildirilib ki, bu dəmir yolu xətti üzrə
- layihələndirmə işləri tamamlanıb;
- Əsgəran və Xocalı stansiyaları, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi inşa olunacaq;
- Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi Qarqarçayın sahilində, 6.4 ha sahədə tikiləcək;
- beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platforması və 12 avtobus dayanacağının inşası nəzərdə tutulur.
Qeyd edilib ki, Bərdə–Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam–Xankəndi dəmir yolu Qarabağ iqtisadi rayonunda nəqliyyat infrastrukturunu təkmilləşdirərək sərnişindaşımada mobilliyi artıracaq.