...

Bolqarıstanın Avrozonaya üzvlüyü təsdiqlənib

Dünya xəbərləri Materials 8 İyul 2025 16:25 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamentinin deputatları Bolqarıstanın 1 yanvar 2026-cı ildən eitbarən Avrozonaya üzvlüyünü təsdiqləyib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, səsvermə Avropa İttifaqının Strasburqda keçən plenar iclasında həyata keçirilib.

Rəsmi Sofiyanın qarşısına qoyulmuş bütün öhdəlikləri yerinə yetirməsi ilə bağlı hesabatın təsdiqlənməsinin lehinə 531 deputat, əleyhinə 69 deputat səs , 79 parlamentari isə bitərəf qalmağa üstünlük verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti