...

Kiyevdə atışma olub

Dünya xəbərləri Materials 8 İyul 2025 10:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın paytaxtı Kiyevin Desnyansk rayonunda atışma baş verib.

Trend xəbər verir ki, bu barədə Kiyevin polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, atışma ilə bağlı xəbər polis idarəsinə yerli vaxtla səhər 07:00 radələrində daxil olub. Hadisə şahidləri bildirir ki, naməlum şəxs dayanacaqda olan avtomobilə yaxınlaşıb və onun içində olan şəxsə atəş açaraq hadisə yerindən qaçıb.

Xilasedicilər hadisə yerinə gəlsələr də, hücum qurbanının həyatını xilas edə bilməyiblər.

Hazırda hadisə yerinə istintaq-əməliyyat qrupu iş aparır. Faktla bağlı cinayət işi açılıb. Cinayəti törətmiş şübhəlinin kimliyinin müəyyənləşdirilməsi və saxlanılması istiqamətində tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti