...

Samuxda qonşusunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Hadisə Materials 8 İyul 2025 11:33 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Samuxda qonşusunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

Bildirilib ki, iyunun 29-da Samux rayonu, Burunqovaq kənd sakini 1937-ci il təvəllüdlü Yahuzə Bəkirovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması ilə bağlı Samux rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən birgə icra olunan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü “isti izlərlə” açılıb.

Həyata keçirilmiş tədbirlərlə zərərçəkmiş Yahuzə Bəkirovanın həmkəndlisi 1987-ci il təvəllüdlü Arzu Alıyev tərəfindən aralarında yaranmış şəxsi münasibətlər zəminində baş verən münaqişə zamanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Samux rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb.

Arzu Alıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti