...

Ermənistanda parlamentdə dava düşdü (YENİLƏNİB)

Dünya xəbərləri Materials 8 İyul 2025 11:13 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan parlamentində keçirilən növbədənkənar iclasda deputat toxunulmazlığının ləğvi ilə baş prokurorluğun vəsatətinə baxıldığı Artur Sarkisyanın çıxışından sonra gərginlik yaşanıb.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasından olan deputat Kristine Vardanyan yerli jurnalistlərə açıqlama verib.

Onun bildirdiyinə görə, Sarkisyanın çıxışından sonra, deputatlar arasında qarşıdurma yaşanıb, onlar bir-birini itələməyə başladı. Vəziyyətin qarışması ilə əlaqədar iclasda fasilə elan olunub. Təhlükəsizlik xidməti əməkdaşları zala daxil olublar.

xxx

10:51

Ermənistan parlamentində “Ermənistan” müxalifət blokundan olan deputat Artur Sarkisyanın işi ilə bağlı növbədənkənar iclas davam edir.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, baş prokuror Anna Vardapetyan Sarkisyan barəsində ictimai cinayət təqibinə başlamağa razılıq verilməsi ilə bağlı vəsatət qaldırıb.

Baş prokurorluğun ittihamına əsasən, Artur Sarkisyan daxil olmaqla, müxalifətdən olan bir sıra şəxslər öncədən əlbir olaraq 2024-cü ilin iyul ayından 2025-ci il martın 14-dək olan müddətdə Ermənistanda terror aktı törətməyə və hakimiyyəti ələ keçirməyə hazırlaşıblar.

Ermənistan müxalifəti isə irəli sürülən bütün ittihamları təkzib edir, bu prosesi siyasi təqib və təzyiq kimi qiymətləndirir. Onların fikrincə, Baş prokuror Anna Vardapetyan birbaşa ölkənin baş naziri Nikol Paşinyanın maraqlarına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti