...

Siyəzəndə qadının paraşütlə atlanarkən yıxılaraq ölməsi ilə bağlı AÇIQLAMA

Hadisə Materials 8 İyul 2025 11:09 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

BAKI.Trend:

Şəxsin paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı üzrə araşdırma aparılır

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, iyulun 7-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən “Beşbarmaq” piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti