...

Çinlə Nepalı birləşdirən körpü dağılıb - 18 nəfər itkin düşüb

Dünya xəbərləri Materials 8 İyul 2025 10:27 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nepalın şimalında baş vermiş güclü sel ölkəni Çinlə birləşdirən Miteri körpüsünü dağıdıb.

Trend xəbər verir ki, bu barədə “Kathmandu Post” məlumat yayıb.

Yerli hökumətin məlumatına görə, sərhədyanı Rasuqadhi rayonunda güclü sellə əlaqədar 18 nəfər itkin düşüb. Onların üçü polis, doqquzu yerli sakin, altısı isə Çin vətəndaşıdır.

Polisin verdiyi məlumata görə, daşqın Çinin tərəfində yağan güclü leysan yağışları nəticəsində baş verib. Su axını yerli gömrük ərazisini dağıdıb və doqquz yük konteynerini aparıb. Bir neçə nəfəri xilas etmək mümkün olub, lakin suyun yüksək səviyyəsi axtarış-xilasetmə işlərini çətinləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti